Ağız qoxusuna qarşı vasitələr – Məsləhət
Ağız qoxusundan əziyyət çəkənlər üçün problemin həlli yolu mətbəxdən keçir.
Pasiyent.az bildirir ki, əgər dişlərinizi fırçalaya bilmədiyiniz bir yerdəsinizsə və ya fırçalansanız belə ağzınızdan qoxu heç bir şəkildə getmirsə, bundan qurtulmağıntəbii və asan yolları var.
Ağız qoxusuna çarə ola biləcək qidalar bunlardır.
Pendir
Aparılan arışdırmalar göstərir ki, yeməkdən dərhal sonra yeyilən pendir ağızdakı turşu səviyyəsini azaldır. Eyni zamanda pendir yemək ağız qoxusunu da azaldır.
Alma, armud və kök
Bu meyvə və tərəvəzlərin tərkibindəki liflər tüpürcəyi təmizləyir və nəfəsi təzələyir.
Limon
Sadə mineral suyun içinə limon dilimləri atıb içdikdən sonra bu limon dilimlərini yeyə bilərsiniz. Eyni zamanda limonlu konfetlərdən də istifadə etmək olar.
Nanə- cəfəri
Çiy olaraq yediyiniz bir neçə nanə yarpağı və ya cəfəri nəfəsinizi təbii olaraq təmizləməkdə faydalıdır.