Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olma riski yüksəkdi-ARAŞDIRMA

10 İyun 2019 22:42 | 563
Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olma riski yüksəkdi-ARAŞDIRMA

İngiltərədə Birminhem Universiteti tərəfindən aparılan bir araşdırma sübut edb ki, ailədaxili zorakılığa məruz qalan qadınların ciddi psixi xəstəliklərə tutulma riski 3 dəfə daha artıqdır.

Tədqiqatının nəticələri "British Journal of Psychiatry" jurnalında yayımlanan araşdırma İngiltərədə ailədaxili zorakılığa məruz qalan və yaşadıqlarını həkimlərinə danışan 18 547 qadın üzərində həyata keçirilib. Bu qadınlar illərlə izlənib və əlamətləri ailədaxili zorakılığa məruz qalmayan, bənzər yaşlarda 74 min qadınla müqayisə edilib.

Birminhem Universitetində araşdırma sənədi hazırlayan heyətə rəhbərlik edən həkim Kot Sinqh Çandan bildirib ki, "Ailədaxili zorakılığın nə qədər geniş yayıldığını düşünsək, bu ikisinin bir-birinə bağlı olduğunu başa düşməniz və bundan zərər görən qadınların həyatlarını yaxşılaşdırmağa çalışmağımız vacibdir”.

1995-2017-ci illər dönəmini araşdıran heyətin gəldiyi nəticəyə görə, həkiminə ailədaxili şiddət şikayəti ilə getdiyi zaman qadınların yarısının həmin vaxt ruhi problemlər yaşadığı üzə çıxıb.

Araşdırma ailədaxili zorakılığa məruz qalan qadınların depressiya, şizofreniya və görmə problemlərinə yaxalanma risklərinin də üç qat artıq olduğunu göstərib. İngiltərədə qadınlara yardım təşkilatı Agendadan yardım alan bir qadın da BBC-yə verdiyi açıqlamada ailə daxili şiddətin insanın xarakterini dəyişdirdiyini söyləyib.

"Yuxusuzluq çəkirəm. Ya lap çox yeyirəm, ya da çox az. İnsanlara heç etibar etmirəm, onları özümə yaxınlaşdırmıram. Bu səbəbdən də bir çox dostluğum bitib" deyib.

Eyni qadın xəstəxanaya getdiyi zaman həkimlərin ona inanmadıqlarını da bildirib.

 

İngiltərədə rəsmi cinayət statistikasına görə, hər dörd qadından biri ailədaxili şiddətə məruz qalır. Amma həkim araşdırmalarına istinad edən son rəqəmə görə, bu qadınlardan sadəcə 0,5 faizi bunu ailə həkiminə açıqlayır. Mütəxəssislər hesab edir ki, polis həkimlərə bu sayaq halları bildirərsə, daha faydalı olar.

İngiltərədə Psixiatrlar Krallıq Kollecindən Dr. Beena Rajkumar, ailədaxili şiddətin əqli sağlamlıq üzərində dağıdıcı təsiri olduğunu deyib. Həkim Beena Rajkumar, "Sosial işçilər üçün ailədaxili zorakılıq araşdırma və qeydiyyat altına alma ilk sırada olmalı və bunu yaşayan qadınlar üçün təsirli müdaxilələr təcili olaraq tətbiq edilməlidir” dedi.

Londonda Kingq College Psixiatriya İnstitutunda çalışan profesor Luis Hovard da bu çalışmanın müşahidəyə istinad etdiyini və səbəblər mövzusunda konkret sübutlar gətirmədiyini bildirdi.