Avitominozların əlamətləri

30 Noyabr 2019 00:09 | 763
Avitominozların əlamətləri
Avitaminoz orqanizm orqan və sistemləri üçün həyati əhəmiyyətli olan vitamin və mineralların insanda lazım olan normadan çox aşağı olması deməkdir.
Azərbaycanda avitaminoz yüksək həddədir.
 
Özünüzdə vitamin defisiti olub –olmamasını təyin etmək üçün 7 vacib əlaməti təqdim edirik:
 
1.Dırnaq, saçlar, dişlər zəifdir, qırılır
 
Orqanizmdə kalsium, D vitamini, B 7 vitamini əskikdir. Hamilələrdə, südverənlərdə, uzun müddət xəstəlik keçirənlərdə, siqaret çəkənlərdə çox rast gəlinir.
 
 
2.Dildə yara, ağız kənarında ağrılı çatlar, yaralar
 
Sizdə göbələk infeksiyası çoxdur, bu da dəmir defisiti, qanazlığı, B qrup vitamini əskikliyindən olur
 
 
3.Damaq, diş dibləri qanayır
 
C vitamini azdır, xüsusən uşaq və gənclərdə. Yaxşı qidalanmadıqda, meyvə, tərəvəz yemədikdə olur.
 
 
4.Gecə korluğu
 
Buna toyuq korluğu da deyilir. Gündüzlər normal görsəniz də, gecə heç ayağınızın altını görməz olursuz. Qaranlıqda ümumiyyətlə heç nə sezmirsiz. Bu A vitamini əskikliyidir. Aradan qaldırmasaz, buynuz qişa sıradan çıxa bilər. 
 
 
5.Başda kəpək, qaşınma, dermatit, seboreya
 
Orqanizmdə kompleks şəklində vitamin, element çatışmadıqda yaranır. B2, B1, B3, B6, sink, dəmir və s. azdır. 
 
 
6.Narahat ayaqlar sindromu
 
Ayaqlardakı sızıltı, ağrı, qəribə hisdən gecələr yata bilmirsiz, ayaqlarınız öz-özünə hərəkət edir, bir yerdə dayanmır. Qanda dəmir, D vitamini, kalsium, maqnezium çatışmır.
 
 
7.Səbəbsiz təşviş, əsəb, həyəcan, depressiya
 
Nevroloji problemdir kimi qəbul olunur, amma fol turşusu, B qrup vitamini, B 6, D vitamin əskikliyində insanın sinir sistemi tar-mar olur.