Azərbaycanda 289 nəfər brüselyoza yoluxub!
Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslərdən 353 nəfərini kişilər, 241 nəfərini qadınlar təşkil edir.
Məlumata əsasən, 2018-ci ildə 7-si kişi, 2-si qadın olmaqla 9 nəfər qarayara xəstəliyi ilə qeydə alınıb. Bundan başqa 5 nəfər quduzluq xəstəliyinə tutulub ki, onlardan 4-ü kişi,1-i isə qadındır. Ötən il 532 brüselyoz xəstəsi qeydə alınıb. Onlardan 370 nəfəri kişi, 162 nəfəri isə qadındır. Məlumatda qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda malyariyaya yoluxan olmayıb.
Komitədən bu ilin 6 ayında infeksiyon xəstəliklərə yoluxanların statistikası barədə də məlumat verilib. Məlumata əsasən, yanvar-iyun aylarında 108-i kişi, 78-si qadın olmaqla 186 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb. Bu il qarayara xəstəliyi üzrə 2-si kişi, 1-i qadın olmaqla 3 nəfər, quduzluq üzrə 3 nəfər, brüselyoz üzrə 287-si kişi, 2-si qadın olmaqla 289 nəfər xəstə qeydə alınıb.
Ötən il salmonellyoz xəstəliyindən 2 nəfər, quduzluqdan 8 nəfər ölüb. Ötən il qarayara və malyariya xəstəliyindən ölüm halı baş verməyib.
Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.