Bədənimizdə toksinlərin olub olmadığını öyrənin
Düzgün qidalanmamaq, stress, yuxu pozğunluğu, lazım olmayan dietlər orqanizmdə çoxsaylı toksinlərin toplanmasına səbəb olur. Orqanizmdə toksinlər toplandığını bir çox əlamətlərlə bilmək mümkündür. Onlar hansılardır?
Bu əlamətlərdən ən önəmlisi qəbizlikdir.
Gün ərzində bizimlə mübarizə aparan toksinlər hər gün bədəndən çıxarılmalıdır. Bu isə daha çox bağırsaqların hər gün boşalması sayəsində baş verir. Bağırsaqlar hər gün boşalmasa, toksinlər asanlıqla qana sorula, bir çox problemlərə yol aça bilər.
Orqanizmdə toksinlərin toplaşdığını göstərən digər əlamət ağızdan gələn qoxudur.
Bu, bağırsaq və qaraciyərin toksinlərə qarşı mübarizədə çətinik çəkdiyini göstərən haldır.
Ağız qoxusu adətən yeyilən qoxulu qidalardakı bakteriyalar hesabına yaranır. Bu bakteriyalar isə daha çox dil üzərində toplanır. Dili örtən ərp təbəqəsini təmizləməklə toksinlərin təsirini azaltmaq olar. Bunun üçün xüsusi dil təmizləyici fırçalardan istifadə etmək lazımdır.
Artıq çəkili olmaq əslində orqanizmin toksinlərlə zəngin olmasına işarədir. Və artıq çəkidən yaxa qurtara bilməmək yanlış qidalanma vərdişləri, hormonal pozuntunun olması deməkdir.
Orqanizmdəki toksinləri təbii yollarla təmizləmək daha məqsədəuyğun sayılır. Toksinlərdən azad olmaq üçün bağırsaqları hər gün boşaltmağa çalışmaq, normal sidik, tər ifrazına nail olmaq vacib sayılır.