Beynin sağlamlığı üçün neyrocərrahdan məsləhətlər

9 Oktyabr 2019 21:49 | 572
Beynin sağlamlığı üçün neyrocərrahdan məsləhətlər
Rumıniyanın professoru, neyrocərrah Vlad Siurea beynimizin nə tələb etməsi və nəyi sevməməsi barədə maraqlı açıqlama edib.
 
Bu vaxta kimi 23.000 beyin əməliyyatı icra edən tanınmış həkim deyir ki, beyin bizim öz səhvlərimizdən xəstələnir. Çox adam ödünün, mədəsinin qeydinə daha çox qalır, nəinki beyni. Ümumiyyətlə, beyni ilə necə davranacağını bilmir.

 

Beyninə xeyir və zərər verəcək səbəbləri təqdim edirik:

 
-Səhər yeməyini unutduqda və ya bilərəkdən imtina etdikdə beyin əziyyət çəkir. Ayaq üstə, maşında və telefona baxa-baxa yemək beyni gərginləşdirir.
 
-Beyninizə təmiz, sağlam, yağsız qida lazımdır. Şəkərdən tam imtina etmək olmaz, heç olmasa bal yeyin. Qara şokolad, su beyinə çox lazımdır. 
 
-Əgər siz gündə 10 saat planşet, telefon, komputerdə asılıb qalmısızsa, elə hesab etməyin ki, bu beyinin xoşuna gəlir və ona yaxşı informasiya "yedizdirdiyinizə” görə sizə minnətdar olacaq. 
 
-Beyin virtual yox, əyani, real ünsiyyət üçün yaranıb. Bütün günü sosial şəbəkələrdə danışmadan yazışmaq beyini izolyasiya edir.
 
-Beyin səhər tezdən oyanmağı sevir. Onun oyanma vaxtı 7-8 arasıdır. Əgər onu yatmağa məcbur etsəniz, o əziyyət çəkəcək
 
-Yuxu zamanı beyin yatmır və işləyərək digər orqanlara nəzarət edir. Siz bu zaman onun digər köməyindən də istifadə edə bilərsiz. Əgər çətin bir sual, məsələ, iş varsa, çıxış yolu tapmırsızsa, yuxudan öncə həmin sualı beyinə verin və ona tapşırın ki, bu tapşığırığı işləsin. Sabahı gün artıq cavab sizə gələcək. Beyin fikirlə reallıq arasında əlaqə yaradıb, mümkün həll yolunu ideya olaraq sizə ötürəcək. 
 
-Beyin bu 3 şeyi xoşlamır: yağ, tütün və alkoqol. Siqaret ürək damar kimi  beyinə də mənfi təsir edir. Eləcə də duz ona ziyandır
 
-Ət beyinə lazım olmasa da, bütün bədənə lazımdır. Ona görə yağsız ət qəbul edin.
 
-Kakao, bal, şərbət, tünd şokolad – beynin həzzidir.
 
-Beynin aktiv saatları: səhər 10:00- 12:00 və 16:00-18:00 arası olur. 
 
-Əgər zehni iş çox yorsa, çox tünd olmayan qəhvəni aram-aram içə bilərsiz
 
-Beyin gülüşü, zarafatı sevir. Tez-tez gülün, güldürün. 
 
-Beyni məşq etdirin: çox gəzmək, ətrafda, təbiətdə detallara baxmaq, yeni bir şeylə məşğul olmaq, film, kitab və s. Eləcə də krosvord həll edin.
 
-Beyin üçün hərəkətlər: yazmaq, gəzmək və nitq. 
 
-50 yaşdan sonra rəqslərə getməyin Alsgeymer xəstəliyini önlədiyi sübut olunub
 
-Beyni zibildən təmizləyir: 6 saatlıq gecə yuxusu