Bu 3 mütəxəssis arasında hansı fərq var-psixoloq, psixoterapevt və psixiatr?

2 Yanvar 2020 10:56 | 4103
Bu 3 mütəxəssis arasında hansı fərq var-psixoloq, psixoterapevt və psixiatr?

 Psixoloq, psixiatr, psixoterapevt: Necə seçim etməli?

Ruhi, psixoloji problermlər yaşayan insanlar çox zaman hansı mütəxəssisə müraciət edəcəklərini bilmirlər. Psixiatra müracitə etməli olanlar çox zaman nevroloqa, psixoloqa, psixoloqa üz tutmalı olanlar isə əksinə seçim etmiş olurlar. Günümzdə psixoloq, psixiatr və ya psixoterapevtin konkret olaraq fəaliyyət sahələrinin nədən ibarət olduğunu bilməyənlər kifayət qədər çoxdur.

Bəs bu ixtisas sahiblərini necə ayırmaq, necə seçim etmək olar?

Bununla bağlı uzman psixoloq Cəmilə Rəhimlinin məqaləsini təqdim edirik:

Psixoloq, Psixiatr, psixoterapevt - tətbiq sahələri insanların psixi sağlamlığını təmin etməyi hədəfləyən bu sahələr çox zaman bir biri ilə qarışdırılır. Aralarında nə kimi fərqlər olduğuna nəzər salaq.

 

Psixoloq:

İnsan davranışının əsaslarını 4 illik bakalavr təhsili sayəsində mənimsəmiş şəxsdir. Magistratura (Msc) və ya Doktorantura (Phd-akademik, PsyD-praktik) kimi təhsil pillələri də mövcuddur. Psixologiya təhsili alan şəxs, duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür və s. kimi psixika komponentlərini, onların necə fəaliyyət göstərdiyini öyrənir. Tədqiqat aparmaq, terapiya edə bilmək kimi səlahiyyətlərə sahibdir ancaq ixtisaslaşdığı sahədən asılı olaraq çox fərqli sahələrdə də (biznes, marketinq, siyasət, məktəb və s.) fəaliyyət göstərə bilər.

 

Psixiatr:

6 illik tibb təhsili almış və bu sahədə rezidentura (uzmanlıq) dərəcəsinə sahib olmuş şəxsdir. Mental narahatlıqların üzvi əsasını öyrənir, onların diaqnozu və müalicəsi ilə məşğul olur. Psixi pozuntuların bioloji təməlindən yola çıxaraq birbaşa bədənə tətbiq edilən (dərman və ya elektrokonvulsiv müalicə kimi) müalicəni təyin edir. Tədqiqat aparmaq, akademik fəaliyyətlə məşğul olmaq kimi (müvafiq tələbləri təmin etdiyi halda) səlahiyyətləri vardır.

 

Psixoterapevt:

Psixoloq və ya psixiatrlar tərəfindən psixoterapiyanın əsasları və metodları öyrənilərək mental narahatlıqlara düşüncələrin səbəb olması görüşündən yola çıxan müalicə yöntəmidir. Başqa deyişlə, psixoterapiya həm psixoloq, həm də həkim tərəfindən gərəkli təlim alındıqdan sonra aparıla bilər. Psixoterapevt rolunda çıxış edən həkim psixiatr mövqeyinə əsasən dərman müalicəsi təyin etmək səlahiyyətinə sahibkən, bu sahədə çalışan psixoloqun belə bir səlahiyyəti yoxdur.