Bunları yeyin-depressiyanı unudun!

11 Aprel 2019 14:40 | 719
Bunları yeyin-depressiyanı unudun!

Depressiya halında qidalara münasibət birmənalı olmur. Bəziləri bu halda iştahadan kəsilir, bir çoxları isə əksinə daha çox yeməyə meylli olurlar. Alimlər hesab edir ki, yeyilən qidaların bir çoxu depressiya halında olan insanların vəziyyətini daha da ağırlaşdırır. Onlar hesab edir ki, bəzi qidalar isə depressiyadan çıxmağa yardımçı ola bilər. Onlar hansılardır?

Mütəxəssislərə görə, yaşıl soya lobyasını bu sıraya aid etmək olar. Yaşıl soya bədənimizi yetərincə enerji ilə təmin etmək iqtidarındadır, kompleks B vitaminləri ilə zəngindir.

Kətan toxumu və onun yağı sağlam beyin hüceyrələrinin yaranması baxımından depressiyanın müalicəsi üçün çox faydalıdır. Depressiyaya düşmüsünüzsə, gündəlik iki yemək qaşığı kətan toxumu yağı sizə yardım edə bilər.

Depressiyalar zamanı yulaf yarması da tövsiyə olunur. Bir qədər üyüdülmüş kətan toxumu, darçın əlavə edərək hazırlayacağınız yulaf sıyığı ruhunuzu təzələyə bilər.  

Tərkibində maqnezium olan qidalar ruh düşkünlüyü zamanı çox faydalı sayılır. Çünki maqnezium ruhi vəziyyəti tənzimləyə bilən serotonin istehsalı üçün çox önəmlidir. Badam maqneziumla ən zəngin qidalardan sayılır. Orqanizmdə maqnezium səviyyəsinin yaxşılaşdırmaq üçün hər gün duzsuz, qovrulmamış badam yemək tövsiyə olunur.

İspanaq da ruh yüksəkliyi yaratmaq qabiliyyətinə malikdir. Hər gün ispanaq yeməklə beyində hüceyrə enerjisini bərpa etməyə yardımçı olmaq, gündəlik fol turşusu ehtiyacını ödəmək olar.

Lobya beyində neyronların işini tənzimləyən qidalardan biri, ən mükəmməl karbohidrat mənbələrindən sayılır. Gündə ən azı yarım fincan lobya yemək tövsiyə olunur.

Bundan başqa, günəbəxan tumları da orqanizmi stressli vəziyyətdən çıxarmağa qadir olan qidalardan sayılır.