Cinsi aktivliyi artırmaq istəyənlərin PƏHRİZİ
Hazırda dünyada kişilərin 50 %-ində aşağı sperm aktivliyi müşahidə olunur. Bunun əsas səbəbi yeyilən qidalar, stress, passiv həyat tərzi, cinsi xəstəliklər və s. olur.
Pasiyent.az bildirir ki, spermin tərkibi çox davamsız və tez zədələnən olduğu üçün orqanizmdə baş verən bir çox dəyişikliklər onda öz təsirini tez göstərir. Yaşayış şaraitini dəyişməklə və qidaya diqqət yetirməklə bu çatışmazlığı aradan qaldırmaq mümkündür
Pomidor
Tərkibində likopen adlı güclü antioksidant var. Bu isə spermotozoidin hərəkətliliyini artırır. Bişmiş və emal olunmuş pomidorun tərkibində daha çoxdur. Zeytun yağı ilə yeyildikdə daha yaxşı effekt verir.
Qoz
Omeqa 3 yağları ilə çox zəngindir. Bu maddə spermotozoidin sürətini artırır keyfiyyətini yaxşılaşdırır. Gündə 1 ovuc qoz yemək faydalıdır.
Boranı tumu
Tərkibində olan sink baxımından kişilər üçün ən yaxşı qida hesab oluna bilər. Çiy halda mümkün qədər çox miqdarda yeyilməlidir.