Cücərdilmiş buğda suyunun möcüzəvi faydaları

17 May 2019 22:38 | 1516
Cücərdilmiş buğda suyunun möcüzəvi faydaları

Cücərmiş buğdanın faydaları ilə məqalədə tanış ola bilərsiniz:

 

Xərçəngin qarşısını alır

Səməni suyu bir çox fərqli xərçəng növü ilə mübarizə aparır. Olduqca faydalı olan bu su xəstəliyi həm müalicə etmək, həm də qarşısını almaq üçün istifadə edilə bilər. Cücərdilmiş buğda suyundakı qələvi bədən üçün çox faydalıdır. Digər tərəfdən xlorofil də qandakı toksinləri, kimyəvi və kanserogen maddələri təmizləyir. Səməni suyu qallik turşuya da malikdir. Bu, siçanlarda prostat şişin inkişafının qarşısını alıb. Bu isə o deməkdir ki, xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır.

 

İmmun sistemini gücləndirir

Cücərdilmiş buğda suyu amin turşusu ehtiva etdiyi qədər, bədəni zərərli patogen mikrob və kanserogen maddələrdən qoruyan bir çox fermentə malikdir. Eyni zamanda, bu su bədənin hüceyrələrini gücləndirir, qaraciyəri toksinlərdən təmizləyir. Beləliklə də, immuniteti zəiflədən və sizi xəstələndirən səbəblərin qarşısını alır. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır, daha güclü bir immunitetə ​​sahib olmağınızı təmin edir. Tərkibindəki A və C vitamini sayəsində soyuqdəymədən qoruyur, ciddi xəstəliklərin qarşısını alır.

 

Ürəyi qoruyur

Səməni suyu ürəyə olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək təzyiqin müalicəsində də əhəmiyyətli rol oynayır. Qan damarlarının divarlarını təmizləyir.

 

Qan dövranını nizamlayır

Cücərdilmiş buğda suyu qandakı oksigeni artırmaq qabiliyyətinə malikdir. Bu da qan dövranını tənzimləyir. Dəmirlə zəngin olan bu su daha çox qırmızı qan hüceyrələri istehsal edir. Bu isə daha çox qan hüceyrəsi, daha çox oksigen və qidalandırıcı maddə deməkdir.

 

Qan şəkərini azaldır

Cücərdilmiş buğda suyu içmək qan şəkəri səviyyəsini tənzimləməyə kömək ola bilər. İnsulin istehsalını artırır. Həmçinin qaraciyər və yoğun bağırsaqdakı toksinləri çıxarır, zərərli toksinləri təmizləyir. Cücərmiş buğda suyu diabet və ya qan şəkəri ilə əlaqədar problemi olanlar üçün bir müalicə vasitəsidir.

 

Toksinlərdən təmizləyir

Cücərdilmiş buğda suyu qələvi və qidalandırıcı maddələrlə zəngindir. Buna görə detoks pəhrizlərində də məsləhətdir. Toksinlərin xaric edilməsi üçün əhəmiyyətli olan bu su qanı yeniləməyə kömək edir. Eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlərlə toksinləri təsirsiz hala gətirib bədənin yaxşı həzmini təmin edir.

 

Ağız və diş sağlamlığını təmin edir

Dəmir, kalsium, maqnezium, A və E vitaminlərilə zəngin olan səməni suyu sağlam və güclü dişlər üçün əhəmiyyətlidir. Səməni suyu ilə bir az suyu qarışdırın. Ağızda 1 dəqiqə çalxalayıb, sonra tüpürün. Bu, ağız qoxusunun da qarşısını alır. Cücərmiş buğdanı dişlərinizlə də əzə bilərsiniz. O zaman dişləriniz qüvvətlənəcək.

 

Piylənməni müalicə edir

Piylənmə diabet və ürək kimi bir çox sağlamlıq probleminə səbəb olan ciddi narahatlıqdır. Artıq çəkidən xilas olub, sağlam çəkiyə çatmaq üçün səməni suyu pəhrizi saxlaya bilərsiniz. Tiroid vəzilərin fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Səməni suyunun tərkibində olan selenium tiroid vəzilərini nizama salır və sağlam olmayan tiroidləri təsirsiz hala gətirir. Sağlam olmayan tiroid bədəndəki hormonal tarazlığı poza bilər və piylənməyə gətirib çıxarar.

 

Cücərdilmiş buğda suyu iştahın qarşısını alır. Kalori yandırmağı təmin edən maddələr mübadiləsini sürətləndirir. Səhərlər ac qarına bu suyu içmək gün ərzində həddindən artıq yeməyə mane ola bilər.

 

Təbii enerji verir

Səməni suyu təbii enerji istehsal edən sağlam bir şirədir. Tərkibindəki bütün qidalandırıcı maddələrin bədənə işləməsini təmin edir. Eyni zamanda, zülalları əmələ gətirən amin turşuları üçün yaxşı bir qaynaqdır. Yumurta və ət kimi yeməkləri yeyərkən bədən onları zülala çevirməzdən əvvəl amin turşularıyla bölmək üçün enerji xərcləyir. Səməni suyu amin turşusu ilə zəngin olduğundan onu bölməyə ehtiyac olmur, nəticədə enerji də xərclənmir.

2-4 yemək qaşığı cücərdilmiş buğda suyu ilə sevdiyiniz bir meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha enerjili olmaq üçün hər gün içə bilərsiniz. Cücərdilmiş buğdanın suyunu əldə etmək üçün blender və ya şirəçəkəndən istifadə edə bilərsiniz.