Damarların təmizlənməsinin təbii yolu-RESEPT
Qeyri-düzgün qidalanma, çox yağlı yeməklər damar tıxanıqlığına səbəb olur. Damarların tıxanıq olması isə ürək-damar xəstəlikləri, infarkt riskini artırır. Damarların daha sağlam olması üçün də qidalanmaya xüsusi diqqət etmək lazımdır. Bəs bunu necə etməli?
Ürək-damar sağlamlığına faydalı olan qidalardan hazırlanan içki reseptini təqdim edirik. Bu içki damarları təmizləyərək tıxanıqlığın qarşısını alır.
Lazım olan ərzaqlar:
- 250 ml zəncəfil suyu
- 250 ml əzilmiş sarımsaq
- 250 ml limon suyu
- 250 ml alma sirkəsi
- 5 xörək qaşığı bal
Hazırlanması:
Baldan başqa, bütün ərzaqları qarışdırın və orta odda yarım saat bişirin. Bu müddətdə qarışımı dayanmadan qarışdırın. Sonra ocağın üstündən götürüb soyumasını gözləyin. Soyuyandan sonra içinə balı əlavə edib qarışdırın və təmiz şüşə qaba tökün. Bu içkidən hər səhər acqarına bir xörək qaşığı için.
İçkini soyuducuda 1-2 ay saxlaya bilərsiniz.
Faydaları nədir?
Sarımsaq və bal qan təzyiqi və xolesterol səviyyələrini azaldır, zəncəfil ürək xəstəliklərin qarşısını alır, limon ürək döyüntülərini tənzimləyir, alma sirkəsi bədəndən toksinləri atır.