Duz bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ

21 Noyabr 2018 20:30 | 844
Duz bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ

Duzun insan orqanizminə ziyanları barədə çoxumuz uşaqlıqdan məlumatlıyıq. Ən azı ona görə ki, hələ uşaqlıqdan çox duz yeyən kimi böyüklərimiz bu barədə bizə xəbərdarlıq ediblər. İllərdir alimlər duzun insan orqanizminə ziyanları barədə araşdırma aparırlar. Hər dəfə də bir yeni məlumat üzə çıxır. Təəssüf ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, çoxumuz duzu normadan artıq qəbul edir, "heç nə olmaz" düşüncəsi ilə yaşayırıq. Halbuki apteklərdə uzun növbələr olmasının, xəstəliklərin cavanlaşmasının, böyrək çatışmazlığından əziyyət çəkənlərinin sayının artmasının bir səbəbi də bəlkə duzdan çox istifadə etməyimizdir...

Pasiyent.az duzun insan orqanizminə ziyanlarını təqdim edir.
1. Çox duz yeyən insanlar arasında infarkt keçirənlər daha çoxdur.
2. Ürəyi böyüdür.
3. Kökəlməyə səbəb olur.
4. Hipertoniyaya səbəb olur.
5. Çox duz yeyən insanların iflic olmaq riski yüksəkdir.
6. Xolesterol yaradır.
7. Təzyiqi yüksəldir.
8. Böyrəyin funksiyalarını pozur.
9. Görməni zəiflədir.
10. Böyrəkdə daş əmələ gətirir.
11. Mədə xərçənginin yaranma ehtimalını artırır.
12. Astma xəstələrinə pis təsir göstərir.
13. Sümüklərə ziyanlıdır.
14. Duzu birdən-birə yox, tədricən azaltmaq lazımdır.
15. Qadınların ana olmaq şansını azaldır.
16. Yetkinlik prosesini ləngidir.
17. Hormonlara mənfi təsir edir.
18. Qadınlarda yumurtalığın funksiyasını pozur.
19. Saçların vaxtından əvvəl ağarmasına səbəb olur.