Ebola virusu tüğyan edir

18 İyul 2019 22:18 | 500
Ebola virusu tüğyan edir

Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Fövqəladə Vəziyyət elan edib.

Təşkilat bu qərarı Konqo Demokratik Respublikasında Ebola epidemiyasının Şimali Kivu əyalətinin ən böyük şəhəri Qomaya keçməsindən sonra qəbul edib.

Təşkilatın toplantı keçirməısinə təkan isə Qoma şəhərininin keşişisinin ölməsi səbəb olub.
2 milyona yaxın əhalisi olan şəhərdə ilk belə hadisə yaşanıb. Cenevrədəki toplantıdan sonra ÜST-ün baş direktoru Tedros Adhanom açıqlama verib. Bildirib ki, Konqoda Ebola virusu ilə mübarizə üçün Beynəlxalq Xalq Səhiyyəsi Fövqəladə Vəziyyəti elan olunub. Məqsəd Konqoda epidemiya ilə mübarizə çərçivəsində görülən işlərin keyfiyyətin artırmaqdır. Həmçinin dünyanın diqqətini bu xəstəliyə istiqamətləndirməkdir.