Əməliyyata gedən pasiyent nə bilməlidir?

1 İyun 2019 22:52 | 532
Əməliyyata gedən pasiyent nə bilməlidir?

Bu məlumat ilə uzman cərrah-travmatoloq Şəhriyar B. Fətullayev öz facebook səhifəsində paylaşıb.

Cərrahi müalicə ilə məşğul olan həkim xəstəyə xalq dili ilə aşağıdakı məlumatları çatdırmalıdır:

1. Diaqnozun izahı verilməli, xəstədə yaratdığı və yaradabiləcək problemləri açıq bir şəkildə göstərməlidir.

2. Müalicənin məqsədlərini və mexanizmini izah etməlidir

3. Cərrahi müdaxilə zamanı yarana biləcək Riskləri aydın bir şəkildə izah etməli, ağırlaşmalar haqqında məlumat verməlidir.

4.Alternativ müalicə üsulları xəstəyə təqdim edilməli, faydalılığın nə dərəcədə olacağı izah edilməlidir.

5. Proqnoz verərkən açıq bir şəkildə qaranti verməkdən çəkinməli, proqnozu elmi əsaslarla izah etməlidir.

6. Bütün bunları yazılı şəkildə (hüquqi əsaslandırma) xəstə ilə razılaşdırmalıdır.