Gözləri necə qoruya bilərik? 5 qızıl qayda
Mütəmadi olaraq dəyişən hava şəraiti gözlərimizə də təsirsiz ötüşmür. Bunu dəyişmək üçün bir sıra qaydalara əməl etmək lazımdır. Dəyişkən hava şərtlərindən bütün orqanizmimiz öz payını alır. İmmun sistemi zəifləyir və gözlər də xəstəliklərə qarşı qoruyucu gücünü itirir. Soyuq və quru havalar gözlərdə qızarılığa, qaşınmaya, sulanmağa səbəb olur. Belə halda gözlər mikrob qapmış olur. Məktəb, alışveriş mərkəzləri, avtobus, adamların sıx olduğu və qapalı olan yerlərdə göz xəstəliklərinə yoluxma riski daha yüksəkdir. Həssas gözlərə sahib insanlar mütləq qorunmalıdır. Kondisionerin təmziliyinə də fikir verilməlidir. Xüsusi ilə orqanizmi zəif olanlar bol-bol vitamin qəbul etməlidir.
1.Göz qızarıqlığına ciddi yanaşın
2.Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın
3. Kompüter istifadə edərkən fasilə verin
4. Gün eynəyi yalnız aksesuar deyildir
5. Linzalarınızın təmizliyinə diqqət yetirin
Linzaları istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkiminiz tərəfindən təsdiq edilmiş damla və məhlullar istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir (maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaların təmizləmək üçün istifadə etdiyiniz solüsyonları (məhlulları) hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzaları gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin.