İndi insulin kapsullarda olacaq-YENİLİK

10 Oktyabr 2019 21:13 | 513
İndi insulin kapsullarda olacaq-YENİLİK
Amerikalı alimlər nəhayət ki, diabetlərin həyat mənbəyi olan insulin preparatının kapsul forması üzərində çalışıb. Bu kapsullar oral qəbul olunub, mədəyə zərər verməyəcək. Massaçuti Texnoloji İnstitutunun bir qrup mütəxəssisi Daniya farmakoloji şirkəti ilə birgə insulin inyeksiyasına alternativ variant üzərində işləyiblər. İnsulinin tərkibində olan zülallar tablet formasında olanda qana gedib çatmır və həzm sistemi tərəfindən məhv olunur.  
 
Professsor Robert Lanqer ilk dəfə bu problemi çözüb. Yaradılan 30 mm-lik kapsul mədənin aqressiv turşu mühitinə dözümlüdür və insulin elə iynədə olduğu kimi nazik bağırsağa çatdıra biləcək. 
 
Kapsul nazik bağırsağa çatanda xarici örtüyü dağlır və mikroiynə vasitəsilə insulin  xaric olur. 
 
Sonradan mikroiynələr əriyir və bağırsaqla xaric olur, insulin isə qana düşür. 
Hələ ki, donuzlar üzərində aparılan təcrübə effektiv olub və təhlükəsizdir.