Kakao-güclü antioksidant
7 İyun 2019 23:55 | 516
Çoxlarımıza kakao uşaqlığımızı xatırladır. Bəs kakaonun bağırsaqlara hansı faydaların olduğunu çoxumuz da bilmirik. Bağırsaqlarımızda trilyonlarla bakteriya olur. Bunların bəzilərinin orqanizmə faydası var. Lakin bağırsaqlarımız həssas olduğundan diqqətli olmaq lazımdır. Qida qəbul edərkən balansı qorumaq və yaxud tərkibinə baxmaq lazımdır. Əks halda orqanizmimizdə problemlər meydana çıxacaq. Bunlara xroniki yorğunluq, astma və xərçəng daxildir.
Kakao antioksidant təsiri bağışlayan bitkidir. Xolesterini aşağı salır, ürəyi qoruyur. Belə ki, kakao bitkisinin tərkibində olan maddələr bağırsaqdakı faydalı bakteriyaların yaranmasına təkan verir. İltihabın qarşısını alır. Kakaonun tərkibində faydalı maddələr olduğu qədər zərərliləri də var. Əgər kakaonu şəkərli vasitələrlə qəbul etsəniz, ziyanlı hesab olunur.