Kimlərə sauna məsləhətdir
18 Noyabr 2019 20:11 | 896
İsti hamam (duş yox), sauna, buxar bir sıra xəstəliklərin ilkin müalicəsi və profilaktikası üçün təsirlidir.
Lakin çox ağır, xroniki, kəskin mərhələlərdə, iltihabi proseslərdə, qızdırma zamanı isti hamam əks göstərişdir. Məsələn siz, soyuq, qar, yağışdan donmuş vəziyyətdə evə gəlmisizsə, həmin vaxt isti hamam lazımdır. Yox əgər artıq qızdırma başlayıbsa, titrətmə varsa, isti qəti olmaz.
İsti hamam və saunanın müalicəvi təsir etdiyi xəstəlikləri təqdim edirik.
Revmatizm – həm milli hamam, həm rus hamamı, həm də fin saunası dərin isitməsi, rütubətli olmaması səbəbindən müalicəvi təsir göstərir. Xəstəliyin kəskin ağrı tutmalarında hamam olmaz.Amma müalicə ərəfəsində, yüngül ağrılarda əzələ və oynaqları yumşaldır, rahatladır. Revmatizmli xəstələrə 10 dəqiqə kifayətdir.
Radikulit – bel hissənin isti buxara verilməsi, dərindən isnmə, masaj, spa prosedur, gil çəkilməsi radikuliti müalicə edir.
Tənəffüs orqanları xəstəlikləri – kəskin respirator xəstəliklər, burun tutulması, bronxit, bronxial astma, bəlğəm, zökəm – isti buxarlı hamam təbii inhalyasiya rolunu oynayır.
Ürək-damar sistemi – Həm aşağı təzyiq, həm yuxarı təzyiqdə yaxşı təsir edir. Başa çox isti su tökməmək şərtilə hamam qan dövranını yaxşılaşdırır, ürək tonusunu yüksəldir, sinir, əsəb gərginliyini azaldır.
Digər xəstəliklərdə - varikoz xəstəliyində damarların divarını möhkəmlədir, dəri xəstəliklərində məsamələri açır, təmizləyir, psoriaz və neyrodermitdə, hemorroyda hamam effektivdir.
Hamam və sauna maddələr mübadiləsini aktivləşdirir, piyləri əridir, arıqlamağa kömək edir.
ABŞ-da bir sıra böyrək xəstəliklərinin müalicəsi üçün klinikalarda isti hamam effektindən istifadə olunur.
Hamam immuniteti qaldırır, xəstəliklərdən sonra zəifləmiş orqanizmi bərpa edir, hüceyrələri stimulə edir, virus və infeksiyaları məhv edir.
İsti hamam dedikdə əsl hamam nəzərdə tutulur. İndi mənzillərdə olan duş kabin və ya metlax üzərində duş qəbul etmək yox.