Nadinc uşaqlar daha xoşbəxtdir.

5 Oktyabr 2019 19:56 | 668
Nadinc uşaqlar daha xoşbəxtdir.
Bir çox valideyn uşaqlarının mükəmməl olmasının vacibliyi fikrinə köklənib. Lakin müxtəlif ölkələrdə psixoloq araşdırmaları nəticəsində məlum olub ki, uşaqların daxili azadlığı həyatlarına müsbət təsir edir.
 
Uşaqlar nəzarətinizdən çıxdığınız zaman onlara hirslənmək doğru deyil. Səbirli olmaq lazımdır. Çünki siz fərqində olmasanız belə, bu hərəkətlər onların gələcək həyatındakı inkişafına və müvəffəqiyyətlərinə təsir edəcək. Uşaqların dəcəl olması heç də pis deyil. Özlərini ifadə etməkdən çəkinmirlər.
 
Hər bir uşağın özünəməxsus şəxsiyyəti və dünya ilə qarşılıqlı əlaqəsi var. Valideynlər daim uşağı öz istədikləri kimi tərbiyələndirməyə çalışsalar, uşaqlar özlərini ifadə etməkdə çətinlik çəkəcək, əsl arzu və istəklərini təyin edə bilməyəcəklər. 
 
1. Hislərindən davamlı istifadə edə bilirlər 
 
Dəcəl uşaqlar başqaları ilə əlaqə qurarkən də emosiyalarından  istifadə edirlər. Başqaları ilə münasibət zamanı səs-küylü olmağı sevirlər və bir dəqiqə belə sakit qala bilmirlər. Əgər valideynlər uşaqları susmağa məcbur etsələr və başqa heç bir cəhd göstərməsələr, uşaq dünyanı araşdırmaq imkanından məhrum olur. Dəcəl və sözəbaxmayan uşaqlar hər şeylə maraqlanmağa və ətraf mühitə daha çox meyllidirlər, çünki öyrənmək istəkləri daha güclü olur. 
 
2. Hisslərini bildirməkdən çəkinmirlər
 
Uşaqların əksəriyyəti çox aktiv və bir qədər yaramaz olur. Bu onların təbiətinin bir hissəsidir. Onlar duyğularını ifadə etməkdən maksimum dərəcədə çəkinmirlər. Onların  səs-küyündən qorxmaq lazım deyil. Bir uşaq yüksək səslə və dəlisov davranırsa, bu, onların xoşbəxt olduqlarını və özlərinə inamlarını göstərir.
 
3. Duyğusal mənada daha yetkindirlər 
 
Yaramaz uşaqlar  emosional olaraq daha yetkindirlər. Bu tip uşaqlar duyğuların həyatlarının əhəmiyyətli bir hissəsi olduğunu anlayırlar və digər insanların da duyğularını anlamağı və hörmət etməyi bacarırlar.
 
4. Ətraf mühitdə yaxşı görünməyə çalışmırlar 
 
Nadinc uşaqlar özlərini təsdiq edəcək kimisə axtarmır.Əksinə özləri üçün nəyin yaxşı olduğunu bilirlər və bildikləri yoldan getməyə çəkinmirlər. Bilirlər ki, uğursuz olsalar da, bu dünyanın sonu deyil. Onlar üçün düzəldə bilmədikləri heç bir şey yoxdur. Dəcəl uşaqların necə görünmək dərdi olmur və onlar tənqid olunmaqdan utanmırlar. Çünki onlar üçün ən önəmli şey yenə də öz fikirləridir. 
 
5. Özgüvənləri tamdır 
 
Yaramaz uşaqlar, duyğularını şişirtməyi sevmirlər. Çünki valideynlərinin onları davranışlarını pis olsa da sevəcəklərini bilirlər. Bu uşaqlarla münasibətdə valideynlər də diqqət etməlidirlər.. Uşaqlara kifayət qədər emosional dəstək verib, onları sıxışdırmadan da onlara necə yaxşı davranmağı öyrədə bilərlər.
 
6. Problem həll etmə bacarıqları 
 
İtaətkar uşaqlar həddindən artıq uyumlu olmaqdan əziyyət çəkirlər. Yaramaz uşaqlar isə daha kortəbii və problemlərdən çıxmaq üçün fərqli yanaşmaları seçməyi  sevirlər. Həm də belə uşaqlar stressə daha davamlıdırlar və yaranmış vəziyyətdən tək də çıxa bilərlər.