Narınginin 10 faydası. Stresslə mübarizədə gözəl vasitədir.
29 Oktyabr 2019 19:24 | 1645
Mandarin dediyimiz narıngi A, D, K vitaminləri, kalium, maqniy, dəmir, fosfor, kalsiumla zəngindir.
Mandarində fitonsidlər vardır ki, təbii antiseptikdir. Narınginin qabığından da karotin piqmenti vardır. Soyuq aylarda bu meyvə vitamin çatışmazlığını aradan qaldıra bilər.
- Tərkibində askorbin turşusu olduğu üçün qan qatılaşmasına qarşıdır, immuniteti möhkəmləndirir
- İsti süd və ya suya qabıqlarını sürtgəcdən keçirib içdikdə bəlğəmi təmizləyir
- Stressi azaldır, yuxunu yaxşılaşdırır, əhvalı qaldırır
- Tərkibində pektin həzm və maddələr mübadiləsini artırır
- İştahı azaldır, çəkini atır
- Hamiləlik toksikozundə qabığının çayı içilir
- Uşaqlarda sinqa və raxit riskini azaldır
- Xroniki iltihabi xəstəliklər, II tip diabetin profilaktikası üçün
- Kalsiumla zəngin olduğu üçün sümük və dişləri möhkəmləndirir
- Bədəndən ağır metalları və qalıqları çıxarır
Kimlərə olmaz:
Allergiya, nefrit, xolesestit, mədə-bağırsaq xorası olanlara çox az mirdarda. Qaraciyərində problemi olanlarda orqanı zədələyə bilər