Niyə arıqlamırıq? - SƏBƏBLƏR
Çox adam iddia edir ki, az miqdara qida qəbul etsə də, arıqlaya bilmir. Niyə belə olur? Gəlin, birlikdə səbəbləri saf-çürük edək və görək problem nədədir?
Kalorili içkilər
Yalnız kalorili yeməklər olmur, içkilərdə də kalori var. Lakin çox insanın bundan xəbəri yoxdur. Şəkərli qazlı sularda, spirtli içkilərdə, hətta meyvə şirələrində kalori çoxdur. Ancaq əksər insan bu amili nəzərə almadan, qidanın ardınca kalorisi yüksək içkilər qəbul edir və təəccüblənir ki, niyə arıqlamır?
Az qidalanmaq
Sizə arıqlamağa yalnız çox yemək deyil, az yemək də mane ola bilər. Əgər siz müntəzəm olaraq yemək saatını buraxırsınız və ya az yeyirsinizsə, orqanizminizdə maddələr mübadiləsi pozulur, qəbul etdiyiniz kalorilərin çoxu isə "sonraya qalaraq", piyə çevrilir. Arıqlamaq istəyirsinizsə, ac qalmamalı, yeməkdən imtina etməməlisiniz. Normal miqdarda yeməklə, sağlam qidaya üstünlük verməlisiniz.
Dərk etmədən qidalanmaq
Bir çox insan dərk etmədən iş zamanı, yaxud istirahət vaxtı nəsə atışdırır. Sağlam qidalar - qoz-fındıq, quru meyvələr qəbul etsəniz belə, onsuz da bu amil kalori almağınıza səbəb olacaq. Siz bu cür qidaları çox yesəniz, özünüz də hiss etmədən gün ərzində əlavə 500, hətta 1000 kalori qəbul edə bilərsiniz.
Yuxusuzluq
Yuxusuzluq - bu hal yaxşı bədən quruluşunun qatı düşmənidir. Əgər normal yatmırsınızsa, bu sizin əhval-ruhiyyənizlə bərabər, maddələr mübadiləsi və iştahanıza da təsir göstərir.
Xəstəlik
Bir sıra xəstəliklər də sizin çəkinizə təsir göstərə bilər. Əgər hər şeyi düz edirsinizsə və arıqlamırsınızsa, həkimə müraciət edin: ola bilər sizin qalxanvarı vəzinizdə, mədəaltı vəzinizdə, yaxud digər orqanlarınızda problemlər var.