Öd kisəsindən 2000 daş çıxarılıb
Çinin Quiyanq şəhərinin sakini olan qadın qarın nahiyəsində kəskin ağrılarla xəstəxanaya düşüb. Həkimlər qadının öd kisəsindən 2000 daş çıxarıblar.
Həkimlərin sözlərinə görə, qadının öd kisəsində bu sayda daşın əmələ gəlməsinə qeyri-düzgün həyat tərzi səbəb olub. Qadının öd kisəsinin ölçüsünə görə böyük olduğu da aşkarlanıb.
Həkimlər bildiriblər ki, qadın düzgün qidalanmayıb, səhər yeməyi yeməyib və işləmədiyi üçün yuxudan gec durub. Əsas yediyi isə yağlı yeməklər və “fastfood” olub. Qadın özü bir neçə il ərzində, dərman qəbul etməklə ağrılara qarşı mübarizə aparıb.
Öd kisəsində daş olan xəstələrin 80% bunu bilmir. Bunun əsas səbəblərindən biri səhər yeməyinin yeyilməməsidir. Səhər qida qəbul edə bilməyən və yaxud qidadan sonra narahatlıq hiss edən insanlara qastroenteroloji müayinədən keçmək tövsiyə edilir.