Qadınlarda cinsi isteksizlik. Səbəblər və həlli.

Qadınlarda cinsi istəksizlik partnyoruna qarşı fantaziya və cinsi istəyin azalmasıyla başlayır. Bəs bu cinsi istəksizliyin səbəbləri nədir?
Cinsi həyəcan hisslərin bir-birinə qarışdığı bir vəziyyətdir. Bir insanın cinsi həyəcanının qarşı tərəfə yönəlməsi nəticəsində bu həyəcan cinsi istəyə çevrilir. Cinsi istək məlum bir insanla cinsi həyat yaşamaq istəyidir. Hər hansı bir problemi olmayan cütlüklərdə cinsi istək birlikdə yaşanır. Ancaq bəzən qadınlarda cinsi istəksizlik yaşanır. Bunun bir neçə səbəbi var. Evliliklə bağlı problemlər, depressiya, münasibətin sona çatması buna səbəb ola bilər. Bu xəstəlikdə bir neçə pozuntu da bir arada ola bilər. Ağrılı cinsi münasibət, cinsi həyəcan və orqazm pozuntuları, hamiləliklə bağlı çətinliklər, tibbi çətinliklər və dərmanların əks təsirləri ola bilər.
Cinsi istəksizlik iki vacib məsələ ilə bağlıdır:
1. Cinsi istəksizliyin ümumi səbəbləri:
Yaş
Ümumi sağlamlıq problemləri
Keçmişdə yaşanmış mənfi nəticəli cinsi təcrübələr və tədbirlər
Evlilik və münasibət problemləri, depressiya
Dini inamlar, cinsi şəxsiyyət inkişafındakı qüsurlar
Hamilə qalmaqdan və ya cinsi yolla keçən xəstəliyə yoluxmaqdan qorxmaq
Bacara bilməmək qorxusu, güvənsizlik
Günah etmək və günahkarlıq hissləri
Cinsi əlaqənin sıxlığı və keyfiyyətinin aşağı olması
2. Cinsi istəksizliyin tibbi səbəbləri:
Hormonal pozuntular
Doğuş
Menopauza
Dərmanların əks təsiri
Cinsi istəksizliyin əlamətləri
Cinsi münasibətə marağın olmaması, ya da çox az maraq göstərmə
Cinsi münasibət haqqında fikrin olmaması və ya bu barədə çox az düşünmək
Cinsi münasibətə başlaya bilmək həvəsinin olmaması, buna cəhd etməmək və ya həyat yoldaşınız cəhd edən zaman ona qarşılıq verməmək
Cinsi həyatdan iyrənmək, cinsi münasibəti ayıb hesab etmək kimi müxtəlif fikirlərə sahib olmaq
Cinsi istəksizliyin həlli üçün nələr etmək lazımdır?
Problemin səbəbi dərman qəbulu iləbağlıdırsa, həkim məsləhəti ilə əvəzedici dərmanlardan istifadə etməlidir;
Problem ailədaxili problemlərdən qaynaqlanırsa cütlüklər birgə psixoloq seanslarına qatılmalıdır;
Əgər istəksizlik hormonal səbəblərdən yaranırsa qadın hormonal müalicə üçün ginekoloqa müraciət etməlidir.