Qəbul etdiyimiz qidaların bizim üz cizgilərimizə təsiri
11 Dekabr 2019 20:53 | 615
Arxeoloqlar qidalanmada əhəmiyyətli dəyişikliklər nəticəsində insan üzünün kiçildiyini açıqlayıb.
Beynəlxalq arxeoloji qrup 100.000 illik insan üzünün təkamülünü araşdırıb. York və Hull Universitetlərinin tədqiqatçıları Afrikadakı ilk insanlardan tutmuş müasir insana qədər üzün təkamül zamanı baş verən bütün dəyişiklikləri izləyib.
Məlum olub ki, meymunlar və ibtidai insanlar olduqca qalın qaş quruluşuna, böyük dişlərə və geniş üzə sahib olub. İnsanlar yemək bişirməyi və kəşf etməyi öyrəndikdən sonra üz cizgiləri kiçilməyə başladı. Bu səbəbdən də dişlər və çənə təkamül edərək formasını dəyişib.
York Universitetinin anatomiya professoru Paul Hiqins bildirib ki, müasir qidalar insan üzünü dəyişdirməyə davam edir.
"Hamar, müasir qidalar və sənayeləşmiş cəmiyyətlər insan üzünün ölçüsünü kiçiltməyə davam edəcəyini açıq şəkildə göstərir. Əlbəttə ki, insan üzünün kiçiləcəyi barədə məhdudiyyətlər də var, məsələn, nəfəs almaq üçün böyük burun boşluğu mütləqdir. Odur ki, gələcəkdə üz quruluşu kiçilsə də, burun quruluşu kiçilməyəcək. Ancaq insan üzünün təkamülü yeni ekoloji, sosial və mədəni şərtlərdən asılı olaraq dəyişməyə davam edəcək”.
Alimlər insan üzündəki bütün bu dəyişikliklər nəticəsində yaranan yeni qaş quruluşunun gündəlik həyatda sosial təsirinin olduğunu vurğulayıb. İnsanlar incə duyğuları ifadə etmək üçün, eyni zamanda bir-birlərini tanımaqdan simpatiyaya qədər daha geniş hamar alına sahibdir. Alimlər daha aydın və qalın qaşların mürəkkəb cəmiyyətlərdə yaşayan insanların sosial inkişafı üçün vacib olduğunu söyləyir. Ovçuluqdan əkinçiliyə keçdikdən sonra çörək kimi əsas qida insan üzünü xeyli dərəcədə daraldıb.
Bu nəzəriyyə “Nature Ecology and Evolution” (Təbiət Ekologiyası və Təkamül) jurnalında dərc edilib. P.Hiqins onu da əlavə edib ki, ilk insan üzünün ümumi formasının bugünkü üz əzələləri ilə eyni xüsusiyyətlərə sahib olma ehtimalı azdır:
“Qidalanma, tənəffüs fiziologiyası və iqlim kimi digər amillərin müasir insan üzünün formasına nə dərəcədə təsir etdiyini bilirik, ancaq insanın üz təkamülünü yalnız bu amillər baxımından şərh etmək düzgün olmazdı. Artıq fərqli duyğu kateqoriyasını göstərmək üçün üz əzələlərindən istifadə edə bilirik”.