Sağlamlığa ən faydalı 5 ƏDVİYYAT – Mətbəxinizdən əskik etməyin

22 Mart 2019 23:31 | 696
Sağlamlığa ən faydalı 5 ƏDVİYYAT – Mətbəxinizdən əskik etməyin

Ədviyyatlar bir çox ölkələrin mətbəxində xüsusi yer tutur. Bir çox yeməklərin vazkeçilməzi olan ədviyyatlar xörəklərə dad, ətir qatmaqla yanaşı, sağlamlığa da xeyirdir. Həzm sistemindən tutmuş xolesterola və xərçəngə qədər bir çox problemlərdə müsbət təsirə malikdir. Elə ədviyyatlar da var ki, tərkibi daha zəngindir. Həmin 5 ədviyyat haqqında məlumatları diqqətinizə çatdırırıq. Sağlamlığınız naminə bu ədviyyatları mətbəxinizdən əskik etməməlisiniz.

 

Darçın

Daha çox soyuq havalarda qəbul edilən darçının sağlamlığa xeyli faydası var. Qan şəkərini nizamlayır, infeksiyalara qarşı mübarizə aparır, mədədə köp və qaz problemini aradan qaldırır, zehni açır, arıqlamağa kömək edir, xolesterolu salır, eyni zamanda, alzheimer xəstəliyinin qarşısını ala bilir.

 

Kəklikotu

Kəklikotu yeməklərə verdiyi ləzzətlə yanaşı, tam bir vitamin anbarıdır. Onun tibbi faydaları saymaqla bitmir. Öskürəyə yaxşı təsir edir, təzyiqi aşağı salır, immunitet sistemini qüvvətləndirir, ağız sağlamlığına, əzələ ağrılarına, çivzə və digər dəri problemlərinə qarşı faydalıdır. Bunlarla yanaşı, antidepressant təsiri də var.

 

Cirə

Yeməklərin və salataların vazkeçilməz ədviyyatı olan cirənin çayını da hazırlamaq olar. İmmunitet sistemini gücləndirir, tərkibində dəmir çoxdur. Saç tökülməsi, kəpək və yağlanmanın qarşısını alır. Qan şəkərinin normal səviyyədə qalmasını təmin edir. Astma xəstəliyinə yaxşı təsir edir, xəstələri rahatladır. Xərçəngin qarşısını almaqda faydalıdır.

 

Qırmızı toz bibər

Bu ədviyyat alzheimer xəstəliyinin müalicəsində dəstəkləyici təsir göstərir. Termogenik təsiri sayəsində çəkinin azalmasına kömək edir.

 

Zərdəçal (sarıkök) 

Sarıkökün tərkibindəki kurkumin maddəsi virus, bakteriya, göbələk, hətta xərçəngin qarşısını alacaq xüsusiyyətlərə malikdir. İltihabəleyhinə və antioksidant özəlliyi də var. Beynin aktivliyini artırır, ürək problemlərinə müsbət təsir edir. Hətta depressiyaya qarşı da faydalıdır. Bu faydalardan maksimum şəkildə yararlana bilmək üçün sarıkökdən necə istifadə edəcəyinizi bilməlisiniz.