Şəkərli diabetə qalib gəl - kömək edən 10 qida
Qanda şəkərin miqdarını normada saxlamaq üçün sağlam qidalar qəbul etmək vacibdir. Bir neçə sağlam qidanın hesabına isə hətta diabetə qalib gəlmək mümkündür.
1. Çay
Çayın tərkibində şəkərin miqdarını normada saxlamağa kömək edən fitonutrientlər - katexin və tanninlər var.
2. Portağal
Portağallar diabetlə mübarizə aparan fitonutrientlərin - flavonoidlər, karotenoidlər, pektinlər və qlütationların mənbəyidir.
3. Alma
Çalışın almanı qabıqlı yeyin. Onun tərkibində kversetin-flavonoid var ki, bu da öz antioksidantlarının xüsusiyyətləri sayəsində diabeti yüngülləşdirir.
4. Brokkoli
Brokkolo kversetinlərin əla mənbəyidir.
5. Paxlalar
Paxlaların da tərkibində fitonutrientlər var. Bu isə diabetə qarşı mübarizədə çox kömək edir. Qurudulmuş paxlalar daha faydalı olur. Lakin unutmayın ki, hazırlamamışdan qabaq onları bir neçə saat ərzində suda islatmaq lazımdır.
6. Soya paxlası
Soya paxlası zülallar, fitoestroqenlər və izoflavonun ideal mənbəyidir. Soya paxlası qanda şəkəri normada saxlamağa kömək edir.
7. Qoz-fındıq
Onlarda minerallar və faydalı yağlar var. Bunların qida rasionuna daxil edilməsi ürəyinizi qorumaq və şəkəri nizama salmaq üçün faydalıdır.
8. Qulançar
Qlütationun mükəmməl mənbəyi olan qulançarlar qanda şəkəri stabil vəziyyətdə saxlamaq üçün mükəmməl vasitədir.
9. Kök
Kökün tərkibində çoxlu karotenoid mövcuddur. Antioksidant quruluşa malik karotenoidlər isə həm sizin ürəyinizi müdafiə edir, həm də qanda insulinin miqdarını balansda saxlamağa yardımçı olur.
10. Balıq
Balığın tərkibindəki "Omega-3" yağı yalnız ürəyi qorumur, qanda şəkərin səviyyəsini də normada saxlayır.