Səyahət edən uşaqlar daha uğurlu olurlar

3 Aprel 2019 20:56 | 745
Səyahət edən uşaqlar daha uğurlu olurlar

Çox səyahət edən uşaqlar həyatda daha çox uğur qazanırlar.

Bu barədə “Nyu York Post” qəzetində çap olunan araşdırmada bildirilir.  

Övladlarının məktəbdə daha yaxşı oxumağını və həyatda uğur qazanmağını istəyən valideynlərə öz uşaqları ilə müştərək səyahət etmək tövsiyə olunur. Araşdırmaya 1500 amerikalı müəllim cəlb olunub. Pedaqoqların 74 faizi bu qənaətə gəlib ki, səyahət şagirdlərin şəxsi inkişafı üçün faydalıdır.  

Araşdırmada iştirak edənlər onu da deyiblər ki, səyahət etmək uşaqların emosiyalarına müsbət təsir edir, nəticədə onların yumor hissi inkişaf edir. Həm də uşaqların səyahət zamanı yeni mədəniyyətlərlə tanış olmaq imkanı meydana çıxır ki, onlarda yeni nə isə öyrənmək və araşdırmaq istəyir yaranır.

Bundan başqa, səyahət edən uşaqlar daha dözümlüdürlər, qarşılarındakı şəxslərə qarşı hörmət göstərirlər və əməkdaşlıq etməyə hazır olurlar.