Sünnət-leyhinə yaxud əleyhinə?

1 Avqust 2019 21:04 | 615
Sünnət-leyhinə yaxud əleyhinə?

Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnət nədir? Sünnətin faydaları və zərərləri.

Sünnət etdirmək kişi cinsiyyət orqanının uc hissəsində dərinin kəsilməsilə aparılan əməliyyatdır. Tibbdə bu əməliyyatın adı sirkumizisiyadır. Yer kürəsində yaşayan kişilərin 1/6 hissəsi sünnət edilib.

Dini inanaclara görə sünnət bütün müsəlman kişilərə şamil edilməlidir və bunu etdirməyən kişi müsəlman sayıla bilməz. Bəzi hindu qəbilələri arasında da sünnət etdirmək adətlərinə rast gəlmək mümükündür.
 

Tibbi baxımdan isə sünnətin aşağıdakı hallarda həyata keçirilir:

    - pülük dəliyinin daralması
    - sidik axarlarında patoloji hallar olduqda
    - cinsiyyət orqanının anotomik quruluşunda paroloji hal müşahidə edildikdə.  

Sünnətin kişilərdə cinsi fəallığa da səbəb olması barədə qeydlər var. Bəzən tibbi ədəbiyyatlarda isə sünnətin kişi cinsiyyət orqanlarında infeksion xəstəliklərin qarşısını almaq xüsusiyyətinin olması da qeyd edilir. Hətta sünnətin kişini AİDS xəstəliyinə yoluxma təhlükəsindən qoruma qabiliyyətinin olduğu da söylənilir.

Avstraliya alimləri isə sünnət olunmuş kişilərin immundefisit virus xəstəliyinə nadir hallarda yoluxduqlarını qeyd edirlər. Sünnət olunmuş kişilərin zöhrəvi xəstəliklərə yoluxma şansı da az olur. Sünnət zamanı kəsilmiş dərinin penisin uc hissəsində hissiyatın pozumasına səbəb olduğu barədə düşünənlər də var. Onların fikrinə görə penisin baş hissəsi sinir ucları ilə zəngin olduğu üçün sünnət zamanı zədələnə bilər. Amma, əksər mütəxəsisslər sünnət olunmaq hətta orqazm zamanı kişinin vaxtından əvvəl boşlmasının qarşısını aldığını söyləyirlər.

Sünnət etdirmək bizim dinimizə mənsub olan adətlərdən biridir. Bu adəti oğlan uşaqlarında həyatının 40 gününə kimi və yaxud 6 ayından sonra həll etmək məqsədəuyğun sayılır. Daha böyük yaşlı uşaqlarda narkoz vasitəsilə aparılması məsləhətdir, əks təqdirdə uşaqlarda psixoloji travma yaranır. Yalnız mütəxəssislərə müraciət edin. Cinsi orqanların zədələnməsi ağır fəsadlara səbəb ola bilər. Sünnət etdirməmiş mütləq cinsi orqanların anadangəlmə qüsurlarını istisna etmək vacibdir (hipo-, epispadiyalar və s.), sünnət dərisi cinsi orqanın bərpası üçün istifadə oluna bilər.