Təbii antibiotik təsirə malik olan 5 vasitə
28 Sentyabr 2019 19:46 | 1464
İnsanlar getdikcə hər dərdini antibiotiklə həll etməyə çalışır. Amma elə təbii bitki və qidalar var ki, qədimdən elə antibiotik təsiri məlumdur və bu məqsədlə istifadə edilir.
Antibiotiklərin getdikcə ağırlaşdığını və orqanizmə əlavə fəsadlar verdiyini, normal həkimlərin özlərinin antibiotikləri nadir halda təyin etdiyini nəzərə alıb, sizə bakteriya və infeksiya ilə mübarizə aparmaqda heç dərmanlardan geri qalmayan 5 bitkini təqdim edirik. Onlar daim sizin əliniz altında olmalıdır.
Eləcə də təkcə xəstələnəndə deyil, profilaktika məqsədilə də istifadə edin.
1.Qıtıqotu – XREN
Bu bitkinin kökündə xardal yağı və enzim var. Bu kökü sürtgəcdən keçirsəz, çox güclü antibiotik təsirli maddə yaranır. Ağız, burun, ağciyər, udlaq iltihabında kömək edir.
Traxeit, bronxit, öskürəkdə 1 x.q sürtgəcdən keçirilmiş xreni 3 x.q balla qarışdırıb, 1 saat saxlayın. Hər gün 1 çay qaşığı gündə 5 dəfə ağıza qoyub saxlayıb əridin.
Sistit, uretrit kimi iltihablarda 1 x.q narın xreni 1 stəlan qaynar suda 10 dəqiqə dəmləyib süzün. Gündə 1-2 stəkan belə dəmləmə için.
2.Quşüzümü
Virus əleyhinə güclü giləmeyvədir. Sərbəst radikallarla mübarizə aparır. Soyuqdəymə, qrip viruslarını öldürür, həm də dadlıdır.
100 qr quşüzümünü şəkər tozu ilə ovub, yarım litr qaynar suda dəmləyin və için
3.Sarımsaq
Dərmanların şahıdır. Zərərli bakteriya və virusları sürətlə qandan, orqanlardan, tənəffüs yollarından çıxarır. Elə ki, xəstəliyin ilk əlamətləri gəldi, öncədən hazırladığınız sarımsaq likörünü istifadə edin.
Şüşə butula 12 diş sarımsağı 4 yerə bölüb, bir az sıxıb əzib yerləşdirin. Üzərinə 2 stəkan qırmızı şərab əlavə edin. Ağzını tıxaclayıb, pəncərə önündə gün düşən yerdə 2 həftə saxlayın. hər gün şüşəni 3-4 dəfə çalxalayın. 2 həftə sonra süzüb, tünd butula tökün. Likör gündə 3 dəfə 1 çay qaşığı olmaqla istifadə olunur.
4.Reyhan və toxumu
İnfeksiyalara qarşı təsirli bitkidirı. Təbiblərin sevimli vasitəsidir. Anginalarda reyhanı və ya qurudulmuşunu əzib, 4 çay qaşığı miqdarında 250 ml qaynar suda 20 dəqiqə dəmləyin, soyudub, süzüb, ilıq halda həm için, həm də qarqara edin. Reyhan həmçinin baş ağrısı, miqren, göz iltihabında da içilir.
5.Cırmərsin – QOLUBİKA
Bu giləmeyvələr təbii aspirindir, qrip, zökəm və viruslarda ağrı hissini azaldır, xroniki iltihabı götürür. Cırmərsin antibiotik təsiri ilə bakteriyaları blok edir, infeksiyanın yayılmasının qarşısını alır.