Testosteronu artıran qidalar-SİYAHI

13 May 2019 20:24 | 15629
Testosteronu artıran qidalar-SİYAHI

Günümüzün ən böyük problemlərindən biri olan sonsuzluğun yalnız qadınlar deyil, kişilərdən də qaynaqlandığı məlumdur. Bəs niyə kişilərdə sperma sayında və keyfiyyətində azalma olur? Mütəxəssislər bunun bir səbəbinin qəbul edilən qidalarla bağlı olduğunu bildirirlər. Onların fikrincə, qanda testosteron (kişi cinsiyyət hormonu) səviyyəsini artırmağın yolu düzgün qidalanmadan keçir. Elə qidalar var ki, bu baxımdan möcüzəvi təsir yaradır.

Banan

Tərkibindəki bromelan fermenti sayəsində libidonu və cinsi istəyi artırır.

Dəniz ilbizi

Tərkibindəki sink sayəsində testosteronu, sperma səviyyəsini və keyfiyyətini artırır.

Qulançar və brokoli

Hər ikisi fol turşusu (B9) ilə zəngin olduğundan müntəzəm yeyildikdə testosteron səviyyəsində əhəmiyyətli dərəcədə artım olur.

Yumurta

Tərkibindəki E vitamin sonsuzluğun azalmasına kömək edir.

Skumbriya

D vitamininin ən zəngin  qaynaqlarından biri olan bu balıq növü testosteronun səviyyəsini artırır.

D3 vitamini

Qidalanmasında D3 vitamini artıq olan kişilərin qanında testosteron səviyyəsinin digərlərindən 4 qat artıq olduğu müşahidə edilib.

Qırmızı ət

Tərkibindəki sink testosteron səviyyəsində artımı təmin edir.

İspanaq

Maqneziumla zəngin olan ispanağın testosteron səviyyəsini 24% artırdığı bildirilir.

Bitki yağları

Normal miqdarda qəbul edildikdə qanda xolesterolu azaldır, ürək və damarların sağlamlığını qoruyur, ereksiyanı və sperma səviyyəsini artırır.

Qeyd: Səhər yeməyində 2 yumurta, ara pay olaraq banan, axşam yeməyində balıq və ya qırmızı ət yeyərək, eləcə də xörəkləri bitki yağında bişirərək bu qidaların faydasından yararlana və nəticədə, testosteron səviyyəsini təbii yolla yüksəldə bilərsiniz.