Uşağın planlanma dövrü 2 il olmalıdır!

28 Avqust 2019 23:56 | 550
Uşağın planlanma dövrü 2 il olmalıdır!
Uşaq planlaması və döllənməyə hazırlıq cütlüklər üçün xüsusi ərəfə olmalı, kişi-qadın ən azı 2 il əvvəldən öz həyat tərzi və sağlamlıqlarında dəyişiklik etməklə, sağlam uşaq dünyaya gətirmək üçün ciddi işlər görməlidir. Bura artıq çəki atmaq, arıqlamaq, siqareti azaltmaq, düzgün qidalanmaq və bəzi vitaminlərin defisitini aradan qaldırmaq aiddir.
 
Bir çox həkimlərin qoyduğu 3 ay vaxt, xüsusən fol turşusunun, D vitamini və s. tez-tələsik 2-3 aya qəbulu ilə kifayətlənmək düzgün deyil. 
 
Reproduktiv bioloq Qreys Daqdeyl bildirir ki, insanların evlənən kimi növbəti aydan hamiləlik gözləməsi və 2-3 ay vitamin qəbulu, müayinə və müalicələr həm ata-ananın, həm də gələcək dölün sağlamlığında faydalı dəyişikliklərin görülməsi üçün çox azdır.
 
Evləndikdən sonra həyat tərzinin dəyişilməsi və gələcək uşağa xatir qidalanmanın  sağlam olması üçün ən azı 2 il tələb olunur. Ona görə çütlüklər sonsuzluqdan şikayətlənir və tez dərman müalicəsinə qaçır. Halbuki birlikdə sağlam həyata başlasalar, idman etsələr, infeksiyaları müalicə etdirsələr, arıqlasalar, vitamin qəbul etsələr, qısa müddətdə rahat hamiləlik baş verəcək.
 
Qadınılarda artıq çəki və piy yumurtahüceyrənin yetişməsinə mənfi təsir edir. Ananın çəkisi və pəhrizi həm döllənmədən əvvəl, həm də sonra uşağa çox təsir edir. Arıqlamaq üçünsə 1 il vaxt lazımdır. 
 
Kişilər üçünsə vacib addım siqaret və içkini azaltmaqdır. Spermanın keyfiyyətini artırmaq üçün idmana yazılmaq, açıq havada çox olmaq, tərəvəz və yaşıl yarpaqlı ərzaqlar yemək, mikroelementlər qəbul etmək lazımdır. 
 
Vitamin D isə embrionun uşaqlıq divarına möhkəm bərkiməsi üçün vacibdir. Gələcək analar yod defisitini aradan qaldırmalıdır, yodla zəngin qidalar qəbul etməlidir. Alimlər cütlüklərə Aralıq dənizi dietası, qoz, fındıq, paxla, toxum, yağlı balıq yeməyi tövsiyyə edir.