Uşaqlara nağıllar oxumaq vacibdir?

10 İyul 2019 23:11 | 936
Uşaqlara nağıllar oxumaq vacibdir?

Mütəxəssislər uşaqların tərbiyəsində nağılların önəmini vurğulayırlar. Müasir dövrdə buna çox yer ayrılmasa da, hesab olunur ki, nağıllar uşaqların tərbiyəsində heç zaman aktuallığını itirmir.

Pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu da bununla bağlı fikirlərini açıqlayıb:  

Hər zaman nağıl oxumağın uşaqlara olan faydasından danışırıq. Bəs bu faydalar hansılardır, bilirsinizmi?

1. Uşaqlara nağıl oxuyarkən özlərini qəhrəmanların yerinə qoyurlar. Beləliklə, özünü başqasının yerinə qoymaqla, digər insanları da anlamağa çalışırlar.

2. Əsas qəhrəmanın müxtəlif problemlərlə qarşılaşması uşağa qorxu, çətinliklər barədə məlumat verməklə həyatın ancaq sevincli günlərdən ibarət olmadığını göstərir və ona  çətinliklərlə necə mübarizə aparmağı öyrədir.

3. Nağılların əksəriyyəti xoşbəxt sonluqda bitdiyindən uşaqlarda ümid, inam kimi duyğular da yaranır.

4. Nağıllar öyrədici olduğu üçün valideynlər nağıldan doğru istifadə edərək övladlarına buradan misallar çəkə bilərlər.

5. Valideynlər övladlarına nağıl deyərkən, həm də onlarla əlaqədə olur, övladları ilə olan bağlarını daha da möhkəmləndirirlər.

6. Valideynlərin səsi övladlar üçün sakitləşdirici olduğundan valideynlər nağıl oxuyarkən uşaqlar daha sakit olur.

7. Ən önəmlisi, nağıllar uşaqların xəyal güclərini gücləndirir.