Uşaqları viruslardan qorunmanın yolları

29 Yanvar 2020 10:32 | 650
Uşaqları viruslardan qorunmanın yolları

"Həyatımızda ilk dəfədir ki, bu cür güclü, təhlükəli və çox dirəncli bir virusla üz-üzəyik. Söhbət 7-8 günədək 39,5-40°C hərarətə səbəb olan bir xəstəlikdən gedir. Hərarətlə bərabər çox güclü bronxitə və nəticə olaraq böyük miqdarda sarımtıl-yaşıl yapışqan bəlğəm ifrazına gətirib çıxarır".

Bunu həkim-pediatr Aysel Hacıağayeva sosial şəbəkədə açıqlayıb.

Pediatr bu hallarda ümumilikdə nələr etmək lazımdır sualına cavab olaraq aşağıdakıları açıqlayıb:

  • Epidemiyanın çox geniş yayılmış olduğu zamanlarda insanların çox olduğu, insan sıxlığı yüksək olan ictimai yerlərə, qapalı məkanlara uşaqları aparmayaq.
  • İctimai nəqliyyata uşaqla minməyək.
  • Marketlərə kəskin ehtiyac olmadıqca uşaqlarla getməyək.
  • İndi hər yerdə yüzlərlə uşağın getdiyi şənliklərdən mümkün qədər uzaq olaq.
  • Hər insana uşağı öpməyə icazə verməyək.
  • Evimizdə körpə olduğu üçün yaxınlarımıza xəstəykən evə gəlməməyi xahiş edək.
  • Epidemiya vaxtı uşağı poliklinikaya aparmayaq (çünki növbədə gözləyən uşaqların 90%-i xəstəlik səbəbindən gəlir).
  • Həkim müayinəsinə ehtiyac duyduqda, zəng edək və evə çağıraq.
  • Bağçaya gedən uşaqları bir müddət evdə saxlayaq ki, evə virus gətirib körpəni yoluxdurmasın. Özümüzdə nasazlıq hiss edən kimi ertələmədən tədbir görməyə başlayaq…