Uşaqlarınızın boyu nə qədər olacaq?-Düstür
Hər bir valideyn övladının ucaboy olmasını arzulayır. Bunun üçün lazım olan qidalardan, idman növlərindən yararlanırlar. Amma bəzən bunlara rəğmən, uşağın boyu o qədər də uzanmır. Görəsən boy artımına mane olan əsas səbəblər hansılardır? Uşağın boyunu uzatmaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır?
Boy qısalığı yaşa və cinsə görə uşağın illik böyümə sürətinin normal dəyərlərdən aşağı olmasıdır. Uşaq sağlamlığının dəyərləndirilməsində ən önəmli göstəricilərdən olan böyümə genetik, hormonal, psixoloji və sosial faktorların təsiri altındadır. Uşağın böyüməsində ən sürətli dönəm doğulduqdan 1 yaşına qədər olan dövrdür. İlk bir il içində uşağın boyu təxminən 24-25 sm uzanır. Sonrakı illərin böyümə sürəti düşməyə başlayır. Boy qısalığının ən sıx səbəbi genetik faktordur. Burada ata, ananın boyunun hündür olması əhəmiyyətlidir. Bundan başqa qidalanma, xroniki xəstəliklər, davamlı olaraq bəzi dərman maddələrinin qəbulu, boy hormonu yetərsizliyi, endokrin xəstəliklər, xromosom xəstəlikləri də boy qısalığı üçün şərait yaradır. Həmçinin, bəzi psixoloji səbəblər var ki, böyüməyə birbaşa təsir edir. Tutaq ki, uşağın ata və ya anadan ayrı qalması, ailədə yetəri qədər sevgi və qayğı görməməsi və sair kimi faktorlar da bura daxildir.
Uşağın normal böyüməsi üçün düzgün qidalanmanın əhəmiyyəti böyükdü. Yetərli və düzgün qidalanma, tərkibində kalsium, sink olan qidaların, balıq, süd, yumurta, meyvə və tərəvəzlərin qəbulu, D vitamini vacibdir. Düzgün yuxu rejimi, idman, psixoloji məsələlər də əhəmiyyət kəsb edir. Qeyd edək ki, uşaq yaşıdlarından boyda geri qalırsa, son bir ildə geyindiyi geyimlərin ölçülərində dəyişiklik yoxdursa, deməli, böyümə ilə bağlı bir problem var. Bu zaman valideynlər narahat olmalı və vaxtında uşaq endokrinoloquna müraciət etməlidirlər.
Ata və ana boyuna görə düzəldilmiş boy hesabı formulunu da təqdim edirik:
Oğlanlarda - Ata boyu + ana boyu + 13/2
Məsələn: (Ata 185 + ana 160 + 13) : 2 = 179
Qızlarda – Ata boyu + ana boyu - 13/2
Məsələn: (Ata 185 + ana 160 – 13) : 2 =166
İllik böyümə sürəti:
1-2 yaş arası < 10 sm