Üzün qızarması və qabıqlanması nəyin əlamətidir?

15 Yanvar 2020 21:28 | 8357
Üzün qızarması və qabıqlanması nəyin əlamətidir?

Üzündə qızartı, qırmızı rəngli ləkələr olan insanlarla hər birimiz qarşılaşırıq. Üzdə qızartı yaranması çox zaman normal hal sayılsa da, mütəxəssislər bunun bir çox səbəblərən qaynaqlandığını, dəri xəstəliklərdən tutmuş, daxili problemlərə qəqər səsəblərinin olduğunu açıqlayırlar.

 

Bununla bağlı dermatoveneroloq, uzman həkim Mehdi İskəndərlinin məqaləni təqdim edir:

 

Üzdə qızartılara səbəb olan dəri xəstəlikləri çoxdur.

 

Bu dəri xəstəlikləri hamısı bir-birinə bənzər klinik əlamətlər verir. Üzdə qızartı, qabıqlanma, yanma, batma, qaşıntı, quruluq və s. əlamətlər verə bilərlər.

 

Peşəkar dermatoloq tərəfindən qızartılara səbəb olan dəri xəstəlikləri araşdırılır. Bunun üçün dəri həkimi xəstədən əlavə laborator analizlər istəyə bilər. Bəzən dəridən mikrobial testlər üçün sürüntü, yaxma və qazıntı nümunələri də alına bilər. Dəri biopsiyası bəzi dəri xəstəliklərinin diaqnostikasında tək və yeganə metod sayılır. Üzdə qızartı endogen və ekzogen səbəblərdən qaynaqlana bilər. Ekzogen səbəb olaraq adi nəmləndirici və ya kosmetik vasitələrin istfadəsindən sonra da qızartılar yarana bilər. Eyni zamanda daxili sistem xəstəliklərin fonunda da üzdə qızartılar yarana bilər ki, bunlar da endogen səbələr olaraq qəbul edilir. Mikrobial mənşəli qızartılar da tez tez görülən formalardan biridir. Müxtəlif növ bakterial, parazitar, mikobakteriyal, funqal invaziyalar üzdə qızartıların səbəbi ola bilər. Ona görə üzündə qızartı şikayətləri olan soydaşlarımız özfəaliyyət göstərmədən zamanında dəri həkiminə müraciət etməlidir. Çox təəssüf ki, bəzi hallarda üzdə qızartı yarandığı təqdirdə xəstələr diaqnoz qoyulmadan, dəqiqləşdirilməmiş müalicələrə başlayırlar. Apteklərdən, qonşulardan, tanışlardan, sosial şəbəkələrdən, internetdən öyrəndikləri və tərkibi haqqında heç biri təsəvvürləri olmayan preparatları qəbul edirlər. Bu isə şikayətlərin daha artmasına və xəstəliyin tanınmaz hala gəlməsinə səbə olur. Bu isə dermatoloq üçün xəstəliyin diaqnostikasında əlavə çətinliklər törədir.

Ümumiyyətlə üzdəki qızartıları differensasiya etmək dermatoloq üçün olduqca çətin bir prosesdir. Odur ki, üzdə qızartı şikayətləri olan pasientlər zamanında dermatoloqa müraciət etməlidirlər.

Üzündə qızartısı olan pasientlər ümidsiz olmamaldırlar. Bu problemləri törədən xəstəliklər əksər hallarda düzəlir və sağalır. Bu cür şikayəti olanlar ümidsiz olmamalıdırlar.