Yay məzuniyyətinin vacibliyi. Yayda məzuniyyətə çıxmayanların səhhəti təhlükədədir.

11 Avqust 2019 22:04 | 23
Yay məzuniyyətinin vacibliyi. Yayda məzuniyyətə çıxmayanların səhhəti təhlükədədir.
Yay aylarında hər bir işçiyə ildə 1 dəfə qanunla nəzərdə tutulan 2-3 həftəlik məzuniyyət günlərinin götürülməməsi həmin insanın səhhətində il boyu fəsadlar verir, hətta xarici görünüşünə də təsir edir.
 
Bu barədə tibb ekspertləri açıqlama verib. Onlar qeyd edir ki, istirahət də iş prosesinin vacib hissəsi olmalıdır. Çünki istirahət və fasilə verilməyən işçinin məhsuldarlığı aşağı düşür, əmək qabiliyyətinin effektlivliyi azalır, psixozifioliji dəyişikliklər baş verir.
 
İdeal halda işə götürən işçiyə ildə 2 dəfə ayrı ayrı vaxtlarda hərəsi 15 gün olmaqla fasilə verməlidir. Bu ərəfədə işçi hər gün getdiyi yerlərdə olmamalı,bütün ab-hava və olduğu yeri dəyişməlidir. 
 
Stresin azalması və istirahər qadınlarda ürək tutması riskini 30, kişilərdə 50% azaldır. 
İstirahətdə beyin sakitləşir, sonradan işə qayıtdıqda yeni bir yer kimi nonstop rejimində dərhal alışır. Nevroloqlar xəbərdar edir ki, sinir hüceyrələrinə sakitlik verilməsə onlar zəifləyir, sonradan hətta aylarla istirahət etsə də faydası olmur. 
 
İstirahətə getməyənlərin xarici görünüşündə də bu aydın görünür: yorğun, batıq və qara dairədə gözlər, parıltısı olmayan bəbək, əsəbilik, qamətin əyilməsi və əhvalın olmaması.
 
Ona görə təqaüd yaşına normal çatmaq üçün yayda 2 həftəlik istirahətinizi nə olursa olsun əldə edin.