Yumurtanı hər gün yemək olarmı?

7 Yanvar 2020 22:44 | 1679
Yumurtanı hər gün yemək olarmı?

Hər gün yumurta yemək xəstəliyə səbəb olur?

 

Uzun illərdir ki, əhali arasında yumurtanın qanda xolesterin səviyyəsini artırdığı, bir çox xəstəliklər zamanı onun istifdəsinin mədudlaşdırılması ilə bağlı fikirlər hakim olub. Bu səbəbdən hər gün yumurta yemək ziyanlı sayılıb. Amma son illərdə bununla bağlı aparılan araşdırmalar əksini sübut edir.

 

Bu yöndə daha bir maraqlı məlumat açıqlanıb. “Focus” jurnalında dərc olunan yazıda bununla bağlı dietoloq və kardioloqların fikirlərinə yer ayrılıb. “Gündə neçə yumurta yeyilsə, xolesterol səviyyəsi qalxmaz”, sualına cavab olaraq həkimlər bildiriblər ki, yumurta ilə ürək-damar xəstəliklərinin inkişafı arasında hər hansı əlaqə müəyyən edilməyib.

 

Onlar hesab edir ki, hər gün bir yumurta istifadə edilirsə, onun tərkibində olan faydalı maddələr, əksinə ürək xəstəliklərinin inkişafı riskini azaldır. Əgər qidalanmada tərəvəz və meyvələrə üstünlük verilirsə, qidanın əsasını bunlar təşkil edirsə, onda yumurta bədənə yük vermir, orqanizmi gücə salmır. Həkimlərin dediyinə görə, xolesterol səviyyəsində dəyişikliklər və xolesterik ərpin meydana gəlməsi yumurtaların qəbulu ilə heç bir şəkildə əlaqəli deyil.

 

Kardioloqlar əlavə ediblər ki, sağlam qidalanma ilə yanaşı, hərəki olmaq, aktiv həyat tərzi keçirmək və irsi amillərə diqqət yetirmək lazımdır. Dietoloqların tövsiyəsi ilə həftədə üç dəfə, gündə bir-iki yumurta yemək olar.